Agro Transport Logo

“AgroTransport” MMC şirkəti 2022-ci ildə yaradılmışdır. Əsas istiqaməti və fəaliyyəti Kənd Təsərrüfat təyinatlı məhsulların (arpa, buğda, qarğıdalı, şəkərçuğunduru, günəbaxan, soya, yonca bağlaması, gübrə  və s.) istər ölkə daxili, istərsə də ölkə xarici daşınmasını müasir tələblərə cavab verən formada doğru, vaxtında daşınmasını həyata keçirməkdən ibarətdir.

Əsas məqsədimiz ölkəmizdə fəaliyyət göstərən Kənd Təsərrüfatı İstiqamətli şirkət və Fermer təsərrüfatlarının min bir əziyyətlə becərdikləri kənd təsərrüfatı məhsullarını ehtiyac duyulan istiqamətlərdə düzgün formada və vaxtında daşınmasını təmin edib, əlavə vaxt itkisinin önünə keçməklə məhsul və maliyyə itkisinin qarşısnı almaqdır.

“AgroTransport” MMC olaraq bütün Kənd Təsərrüfatı Təyinatlı Şirkət və Fermer Təsərrüfatlarının yanındayıq və onlara dəstək olmağa hər zaman hazırıq.

Bizim bir şüarımız var – Məhsulunuz Bol olsun, Biz daşıyaq!